📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dmitri Jiviski: "Rusiya hərbi texnikası Sumun mərkəzinə doğru hərəkət edir"

2022-02-28 16:24:00

Dmitri Jiviski:

"Rusiyanın hərbi qüvvələri Ukraynanın Sum vilayətinin Sumşina şəhərində neft məhsulları bazasını partladıb".

Hurriyyet.az UNIAN-a istinadən xəbər verir ki, bunu Sum vilayəti dövlət administrasiyasının sədri Dmitri Jiviski bildirib.

Onun sözlərinə görə, neftbaza partladılıb: “Düşmən bütün texnikaları ilə şəhərə doğru irəliləyir. Küçə döyüşlərinin olacağı təhlükəsi var. Evdə qalıb pəncərədən uzaq durmaq məsləhətdir”.