📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dmitri Peskovdan BƏYANAT: "Ukrayna və Avropa real dialoqa hazır deyil"

2026-10-22 18:29:23

Dmitri Peskovdan BƏYANAT:

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Moskvanın Ukrayna və Avropa ölkələrində gərginliyi artırmaqdan real dialoqa keçmək hazırılığı görmədiyini bəyan edib.

Hurriyyet.net  xəbər verir ki, Kremlin nümayəndəsi keçirdiyi mətbuat brifinqində Rusiya-ABŞ danışıqları və Ukrayna böhranı ilə bağlı bir sıra mühüm məsələlərə aydınlıq gətirib.

Peskov bildirib ki, Rusiya Ukrayna münaqişəsi ətrafındakı vəziyyəti anlamağa çalışan Avropa ölkələrinin artan fəallığını müşahidə edir, lakin eskalasiyadan dialoqa keçidə hələ çox var. Kremlin nümayəndəsinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında əldə olunmuş razılaşmaların ictimaiyyətə açıq şəkildə müzakirə edilməsi danışıqlar prosesinə zərər vura bilər.

O, həmçinin vurğulayıb ki, Putin Ukrayna üzrə üçtərəfli təmasların yeni raundunda Rusiya danışıqlar qrupunun tərkibi ilə bağlı hələlik yekun qərar qəbul etməyib və Vitkoffa Ukrayna münaqişəsinin nizamlanmasına dair heç bir yazılı təklif təqdim etməyib.

Kremlin sözçüsü əlavə edib ki, Putinin qrafikində hələlik Trampla telefon danışığı nəzərdə tutulmayıb, lakin tərəflərin istəyi olarsa, bu təmas operativ şəkildə razılaşdırıla bilər. Bundan əlavə, ABŞ-nin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı sənəd imzalaya biləcəyi G20 sammitində Vladimir Putinin şəxsən iştirak edib-etməyəcəyi barədə də hələlik qərar verilməyib.