Dneprə dron hücumu - Ölən və yaralananlar var
2025-04-17 09:11:11
Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepr şəhərinə dron hücumu həyata keçirib.
Hurriyyet.az bu barədə UNIAN-a istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı 2 nəfər ölüb, 28 nəfər yaralanıb. Onlardan 4-ü uşaqdır.
Hücumda 15 binaya, o cümlədən tələbə yataqxanası, təhsil və qida müəssisələrinin binalarına ziyan dəydiyi bildirilir. (Qafqazinfo)


