Doğma yurda qayıdışın sevincini yaşayan Vəliyəddin Rüstəmov- FOTO
Hurriyyet.net xəbər verir ki, İllərlə doğma torpağın həsrəti ilə yaşayan Vəliyəddin Rüstəmovun ən böyük arzusu bir gün ailəsi ilə birlikdə Xocalıya, Xanabad kəndinə qayıtmaq idi. Bu gün həmin arzu gerçəkləşib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, uzun illər keçmiş məcburi köçkün kimi Oğuz rayonunda müvəqqəti məskunlaşmış Xocalı rayonunun Xanabad kənd sakini Vəliyəddin Rüstəmov Böyük Qayıdış proqramı çərçivəsində ailəsi və nəvələri ilə birlikdə doğma yurda qayıdaraq, həyatının yeni mərhələsinə qədəm qoyub.
İşğaldan əvvəl Şuşada polis əməkdaşı kimi çalışan Vəliyəddin kişi hazırda təqaüddədir. Uzun illərdən sonra doğma torpağa qayıtmaq, uşaqlıq və gənclik xatirələri ilə bağlı olan yurdda yenidən yaşamaq onun üçün böyük sevinc və qürur hissidir. Bu gün Vəliyəddin Rüstəmovun xoşbəxtliyi, ailəsi və nəvələri ilə birgə doğma torpaqda yaşamaq, hər yeni günə öz yurdunda başlamaqdır. Onun üçün Xanabada dönüş sadəcə evə qayıtmaq deyil, həsrətin sona çatması, doğma torpaqda xoşbəxt həyatın yeni başlanğıcı deməkdir.
.jpeg)
