Doğu Perinçekdən Moskvanın tərəfini saxlayan AÇIQLAMA: Krım Rusiyadır
2023-03-24 11:46:00
Martın 24-də Türkiyənin “Vətən” partiyasının lideri Doğu Perinçək bildirib ki, Krım Respublikası və yeni bölgələrin Rusiyanın tərkib hissəsidir. Bu barədə "İzvestiya" xəbər verir.
O bildirib ki, təxminən bir ay əvvəl Bakıda keçirilən Azərbaycanın Avrasiyaya inteqrasiyası ilə bağlı konfransın açılışında çıxış edib və orada fəxri qonaq olub.
“Orada mən qəti şəkildə vurğuladım ki, Krım Rusiya Federasiyasının ərazisinin bir hissəsidir. Vətən partiyası yeni respublikaları tanıyacağını bəyan etdi”, deyə Perinçek "RİA Novosti"yə müsahibəsində bildirib.
Ülviyyə, Hurriyyet.az