📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Doksuri” qasırğası Çində ölümlərə səbəb oldu

2023-08-04 17:27:00

“Doksuri” qasırğası Çində ölümlərə səbəb oldu

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Çinin Rusiya ilə həmsərhəd Hüyluntszyan vilayətinin rəhbərliyi “Doksuri” qasırğasının törətdiyi leysan yağışlar nəticəsində çayların öz sahillərindən çıxması təhlükəsi barəsində xəbərdarlıq ediblər. Bu barədə məlumatı “Çannel Nyus Asiya” kanalı verib.

Meteoroloqlar həmin rayonlarda güclü yağıntıların, tufanın və şiddətli küləklərin olacağını bildiriblər. Sakinlərə evlərindən çıxmamaq çağırışı edilib.

Harbin vilayətinin mərkəzində artıq daşqınlar baş verib. Sinoptiklər avqustun 5-də Yalutszyan çayındakı suyun səviyyəsinin kritik həddə çata biləcəyini xəbər veriblər. Dağ çaylarının daşması, şəhərlərin və kəndlərin suyun altında qalması riski böyükdür.

Son günlərdə Çinin şimalında leysanların törətdiyi daşqınlar nəticəsində azı 20 nəfər həlak olub, 27 nəfər itkin düşüb. 45 min paytaxt sakini ciddi xəsarət alıb, 127 min nəfər təxliyə edilib. Son 15 il ərzində Pekinə ən çox yağıntının düşdüyü qeyd edilir.

Çin Xalq Respublikasının sədri Si Cinpin itkin düşənlərin tapılması və xilasetmə işlərinin aparılması göstərişi verib.

Hürr Tərcüman