📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dollar siyasi mübarizədə alət kimi istifadə olunur - Putin

2023-07-26 21:37:00

Dollar siyasi mübarizədə alət kimi istifadə olunur - Putin

Dünya maliyyəsində dollar siyasi mübarizədə alət kimi istifadə olunur.

Bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS Yeni İnkişaf Bankının rəhbəri Dilma Russefflə görüşü zamanı deyib.

Putin BRİKS maliyyə institutunun inkişafının vacibliyini qeyd edib. O, indiki şəraitdə qlobal maliyyədə baş verənləri və dolların siyasi mübarizə aləti kimi istifadəsini nəzərə almaqla, BRİKS-in bunu etməsinin asan olmadığını əlavə edib.

Qeyd edək ki, Moskva birjasında dolların məzənnəsi iyulun 17-dən ilk dəfə olaraq 90 rubldan aşağı düşüb.\\Trend