Dollardan imtina edilir – Rusiya taxılı dirhəmlə satıldı
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Pakistan Rusiya taxılını dirhəmlə satın almağa başlayıb. İki ölkə arasında ticarətdə dollardan getdikcə daha az istifadə olunur.
Pakistan tərəfindən Rusiya taxılı üçün Birləşmiş Ərəb Əmirliklərinin pul vahidi olan dirhəmlə ödəniş ilk dəfə noyabr ayındakı satış zamanı edilib. Noyabr ayında Pakistana satılan 377 min tondan artıq taxılın 82%-nin pulu BƏƏ dirhəmi ilə verilib. Belə ödəniş ilk dəfə həyata keçirilib (Qeyd edək ki, 1 BƏƏ dirhəmi – 0,46 Azərbaycan manatıdır).
2023-cü ilin əvvəlindən bəri Pakistan Rusiyadan 1,4 milyon ton taxıl idxal edib – bu rekorddur.
Pakistan Rusiya kömürünün də haqqını dirhəmlə ödəməyə başlayıb. Rusiyanın bəzi məhsullarının ixracında isə yuanla ödəniş olub.
Hürr Tərcüman