📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dollarla bağlı VACİB XƏBƏR

2022-08-11 14:39:00

Dollarla bağlı VACİB XƏBƏR

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hurriyyet.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 39 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (9 avqust 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 15,4% azalıb. Ötən hərracda tələb 46,1 mln. ABŞ dolları olub.

Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.