Dollarla deyil, rubl və yuanla hesablaşacaqlar
2022-09-06 16:55:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Rusiyanın “Qazprom” şirkəti Çinin CNPC şirkəti ilə təbii qazın nəqli üçün ödənişlərdə yuan və rubla keçmək barəsində razılığa gəldiyini açıqlayıb.
“Qazprom”dan verilən yazılı açıqlamaya görə, Çinin CNPC şirkətinin prezidenti Dai Houliang ilə “Qazprom”un prezidenti Aleksey Miller arasında videokonfrans vasitəsilə görüş keçirilib. Açıqlamada, görüş zamanı Rusiyanın uzaq şərq bölgəsindən Çinə qaz nəqlinin müzakirə edildiyi bildirilib və Qazpromun da yeni boru xətti üzərində işlərə başladığı açıqlanıb. Şirkət rəhbərləri ödənişlərin yuan və rublla həyata keçirilməsi fikrində həmrəy olublar.
Hürr Tərcüman