Donald Tramp evində dünya liderləri ilə danışıqlar aparır
2024-02-29 11:34:01
Hurriyyet.az xəbər verir ki, "Blumberq" ("Bloomberg") agentliyinin mənbələrə istinadla yaydığı məlumata görə, ABŞ-ın eks-prezidenti Donald Tramp gələn həftə Florida ştatındakı mülkündə Macarıstanın Baş naziri Viktor Orbanı qəbul edəcək. Görüşün 8 mart tarixində keçiriləcəyi gözlənilir. Nəşrin yazdığına görə, bu addım Donald Trampın yenidən hakimiyyətə qayıdışı perspektivlərin ilə əlaqədar ABŞ-ın müttəfiqlərinin narahatlığını artıra bilər.
Fevralın 25-də Tramp Argentina Prezidenti Havyer Mileylə görüşmüşdü. Görüşdən sonra Mileyin Vaşinqtonda keçirilən Konservativ Siyasi Fəaliyyət Konfransında çıxışı olub.
Hürr Tərcüman