📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Donald Tramp İlon Maska müsahibə verəcək

2024-08-07 14:30:20

Donald Tramp İlon Maska müsahibə verəcək

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bazar ertəsi günü İlon Maska müsahibə verəcək.

Donald Tramp bu barədə özünün sosial media hesabında yazıb.

“Bazar ertəsi axşam mənim İlon Maskla böyük müsahibəm olacaq”, – deyə o bildirib. ABŞ-ın sabiq dövlət başçısı ilə İlon Mask arasında söhbətin formatı və mövzuları barədə hələlik məlumat verilmir.

Donald Tramp, həmçinin ötən bazar ertəsi günü Edin Rossa verdiyi müsahibə sayəsində “Kick” yayım platformasının izlənmə sayında rekord göstəricinin qeydə alındığını bildirib.

İyul ayında amerikalı biznesmen İlon Mask sahib olduğu “X” sosial şəbəkəsində prezidentlik yarışında Donald Trampı dəstəklədiyini bəyan edib.

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-nə təyin olunub.//AZƏRTAC