📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Donald Tramp: "Zelenski sülh üçün fürsəti əldən verə bilər"

2026-02-13 22:52:02

Donald Tramp:

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı vəziyyətin nizamlanmasına sadiq olmasına və Ukrayna Prezidenti Volodimir Zelenskinin də bu prosesdə fəal iştirak etməli olduğuna əminliyini ifadə edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Həqiqətən də, Zelenskinin işə başlamasının vaxtıdır, çünki Rusiya razılaşma istəyir. Ukrayna prezidenti işə başlamalıdır, əks halda əla fürsəti əldən vermək riski daşıyır", - deyə o qeyd edib.

Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə danışıqların növbəti mərhələsi fevralın 17-18-nə planlaşdırılıb.