Donald Trampı ABŞ-ın həyatda olan digər prezidentlərindən nə fərqləndirir?
Hurriyyet.az xəbər verir ki, “Röyters” agentliyinin paylaşdığı məlumatda Birləşmiş Ştatların hazırda sağ olan prezidentləri içərisində yalnız Donald Trampın əcdadları arasında quldar olmadığı bildirilir.
Ağnetliyin tədqiqatında ABŞ-ın 100-dən çox müasir liderinin, o cümlədən, prezidentlərin, qubernatorların, hakimlərin və konqressmenlərin şəcərəsi araşdırılıb.
Araşdırma göstərib ki, indi həyatda olan bütün ABŞ prezidenlərinin – Corc Baydenin, Barak Obamanın (anası ağdərili amerikalıdır), Cimmi Karterin, Corc Buş və Bill Klintonun əcdadları arasında heç olmasa bir nəfər quldar olub.
İnlardan fərqli olaraq, Donald Trampın əcdadları – ata tərəfdən babaları artıq ABŞ-da quldarlığın ləğv edildiyi 1865-ci ildən sonra, XX əsrin əvvəllərində Almaniyadan gediblər. Gələcək prezidentin anası Meri Enn Maklaud isə 1930-cu ildə Şotlandiyadan ABŞ-a köçüb.
Hürr Tərcüman