📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Donald Tusk "G20" sammiti ilə bağlı narahatlığını gizlətmədi: "Moskva bunu zəiflik kimi qiymətləndirəcək"

2026-09-25 10:22:01

Donald Tusk

Polşanın Baş naziri Donald Tusk Rusiya Prezidenti Vladimir Putinin dekabr ayında Mayamidə keçiriləcək "G20" sammitinə dəvət olunması təşəbbüsünə münasibət bildirərək narahatlığını ifadə edib.

Hurriyyet.media  xəbər verir ki, Polşa hökumətinin rəhbəri bu addımın Kremli Ukraynaya qarşı təcavüzkar siyasəti davam etdirməyə həvəsləndirə biləcəyini vurğulayıb.

Tusk öz bəyanatında bildirib: "Əgər Putinin 'G20' sammitinə dəvət olunması bizi ədalətli sülhə bir addım da yaxınlaşdırsaydı, mən bunu məmnuniyyətlə dəstəkləyərdim. Lakin mənim şəxsi təcrübəm də təsdiqləyir ki, hazırkı mərhələdə Rusiya bu addımı öz təcavüzkar siyasətini davam etdirmək üçün bir stimul kimi qiymətləndirə bilər. Mənim əsas qorxum və narahatlığım məhz bununla bağlıdır".

Polşa Baş nazirinin bu çıxışı Qərb müttəfiqləri arasında Rusiya ilə mümkün diplomatiya formaları və Putinin beynəlxalq platformalara qayıdışı məsələsində fikir ayrılıqlarının davam etdiyini nümayiş etdirir.