📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Donald Tuskdan Putinin tərəfdarlarına SƏRT İTTİHAM: "Ukraynanı zəiflədənlər öz xalqına xəyanət edir"

2026-10-12 18:23:06

Donald Tuskdan Putinin tərəfdarlarına SƏRT İTTİHAM:

Polşanın Baş naziri Donald Tusk Ukraynaya göstərilən hərbi və siyasi dəstəyin zəiflədilməsi cəhdlərini kəskin tənqid edərək böyük xəbərdarlıq edib.

Hurriyyet.net  xəbər verir ki, Polşa hökumətinin rəhbəri Ukraynanı müharibədə təqsirləndirənlərin və ya yalançı paralellər aparanların birbaşa Rusiya Prezidenti Vladimir Putinə qiymətli hədiyyə verdiyini bəyan edib.

Tusk Ukraynaya etdiyi son səfər təəssüratlarını bölüşərək deyib: "Bir neçə həftə əvvəl Ukraynanın kənd və şəhərlərindən keçirdim. Marşrutum boyunca hər bir yaşayış məntəqəsində bu müharibədə həlak olmuş gənc oğlanların fotolarından ibarət stendlər var idi. Altı saat boyunca bu kəndlərdən keçərək müharibənin bütün qəddarlığına şahidlik etdim. O yerli qəhrəmanların valideynləri, övladları var idi. Onlar istəmədikləri bir müharibədə həlak olublar".

Polşa Baş naziri əlavə edib ki, xəyanət, axmaqlıq və ya çirkli pullar ucbatından Ukraynanın Rusiya təcavüzünə karşı mübarizəsini zəiflətmək istəyən hər kəs bilavasitə öz xalqının maraqlarına, öz ölkəsinin təhlükəsizliyinə və suverenliyinə qarşı fəaliyyət göstərir. Varşava Ukraynaya dəstəyin Polşanın və bütün Avropanın milli təhlükəsizlik məsələsi olduğunu bir daha vurğulayıb.