📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Donbas döyüşü Ukrayna və Rusiyanın son döyüşü ola bilər" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2022-04-13 15:17:00

"Kreml mayın 9-a kimi bu əraziləri işğal edib, öz məqsədinə çatmağı planlaşdırır"

"Rusiya Ukraynanın cənub-şərqinə ordusunu cəmləşdirir. Belə ki, Rusiya Donbas və Mariopul istiqamətində növbəti hücum dalğasını həyata keçirəcək. Əsas plan Xerson, Mariopul və Krımla quru yolu əldə etmək, həmçinin Ukrayanın içərlərinə doğru geniş bir ərazini işğal etməkdir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Ukraynada döyüşlərin yenidən intensivləşəcəyini vurğulayan politoloq hesab edir ki, Rusiyanın planına nail olmaq üçün qadağan olunmuş silahlardan istifadə etməsi mümkündür: "Rusiya mayın 9-a kimi bu əraziləri işğal edib, öz məqsədinə çatmağı planlaşdırır. Ukrayna üçün həlledici döyüş başlayır və Ukraynanın bu döyüşlərdən qalib çıxması mümkündür. Qərb də öz növbəsində, Ukraynaya kifayət qədər silah göndərir. Odur ki, Donbas döyüşü Ukrayna və Rusiyanın son döyüşü ola bilər".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, Putin üçün indiki şərtlər daxilində danışıqlar getmir: "Əgər Rusiya Donbas döyüşündə məğlub olacaqsa, sülh danışıqlarına gedəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az