📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Donbass separatçıları Kiyevi Rusiyadan hərbi yardım alacaqları ilə təhdid etdilər

2022-02-01 14:10:00

Donbass separatçıları Kiyevi Rusiyadan hərbi yardım alacaqları ilə təhdid etdilər

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, qondarma Donetsk Xalq Respublikasının qondarma rəhbərliyi Ukraynaya silah tədarükünün artmasına cavab olaraq, hərbi yardım üçün Rusiyaya müraciət edə biləcəyini bəyan edib.

DXR separatçılarının Xalq Milis İdarəsinin təmsilçisi bildirib: “Ukraynanın Donbassa qarşı silahlanmasını maliyyələşdirən Qərb ölkələrini və beynəlxalq təşkilatları ölümcül silahların tədarükünü dayandırmağa və Kiyevi Minsk razılaşmasına əməl eləməyə məcbur eləməyə çağırırıq. Silah tədarükünün davam edəcəyi halda, biz hərbi və hərbi-texniki yardım almaq üçün Rusiya Federasiyasına müraciət eləmək hüququmuzu özümüzdə saxlayırıq”.

Bəlli olduğu kimi, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin yarısı Kiyev tərəfindən Donbassa göndərilib, NATO ölkələri isə Ukraynaya hərbi dəstək verir və silah göndərirlər.

Hürr Tərcüman