📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dönər əti keyfiyyətsiz çıxdı

2026-10-13 20:47:41

Dönər əti keyfiyyətsiz çıxdı

Azərbaycanda fəaliyyət göstərən sahibkarlardan biri “Halal food MMC” şirkətinin istehsal etdiyi toyuq dönərinin keyfiyyətsizliyindən şikayətlənib.

Hurriyyet.netb “Yeni Sabah” istinadən xəbər verir ki, iş adamı Yusif Qardaşzadə bildirib ki, sözügedən müəssisənin tədarük etdiyi məhsulda dəfələrlə eyni problemlər yaşanıb.

Sahibkarın sözlərinə görə, qarşılaşdığı nöqsanlarla bağlı şirkətə müraciət etsə də, problemə məsuliyyətsiz yanaşılıb və dəymiş zərər ödənilməyib: 

“Şirkətə bildiriləndə məsələni yola verirlər, dəymiş zərəri qarşılamaqdan imtina etdilər. Mən bir sahibkar kimi bu əti müştəriyə verə bilmərəm. Əgər siz övladınıza yaxud özünüzə rəva bilirsinizsə, almağa davam edin”.

Keyfiyyətsiz məhsulların fotolarının fərqli zamanlarda çəkildiyini vurğulayan sahibkar, məsələ ilə bağlı rəsmi qaydada Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) şikayət edəcəyini bəyan edib.