Donetsk separatçıları ümumi səfərbərlik elan etdilər
2022-02-19 12:10:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, qondarma Donetsk respublikasının başçısı Denis Puşilin ümumi səfərbərlik elan edib. O, videomüraciətində deyib: “Ehtiyatda olan yerlilərimi hərbi komissarlıqlara getməyə çağırıram. Bu gün mən ümumi səfərbərlik barəsində fərman imzalamışam”.
Qondarma qurumun “Xalq Şurası” da sənədi təsdiqləyib.
Hürr Tərcüman