📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Donetskdə rus bombardmançısı vuruldu - Video

2022-03-03 14:14:00

Donetskdə rus bombardmançısı vuruldu - Video

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin bölmələri Donetsk vilayətinin Volnovaxa şəhəri yaxınlığında Rusiyanın Su-34 qırıcı-bombardmançısını məhv edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Elə indicə Birləşmiş Qüvvələrin HHM bölmələri Volnovaxa üzərində Rusiyanın Su-34 bombardmançı-qırıcı təyyarəsini vurdu”, - məlumatda qeyd olunub.

Bildirilib ki, rus pilotlar şəhərin yaşayış yerləri və infrastukturlarını bombardman edirmiş.