Donetskdə xəstəxana atəşə tutulub - 4 nəfər ölüb, daha 10 nəfər yaralanıb
2022-02-24 20:32:00
Rusiya hərbi qüvvələri Donetsk vilayətinin Vuhledar şəhərində yerli xəstəxananı atəşə tutub.
Bu barədə Donetsk Vilayət Dövlət Administrasiyasının sədri, vilayət hərbi-mülki administrasiyasının rəhbəri Pavel Kirilenko feysbuk səhifəsində bildirib.
Atəş nəticəsində 4 nəfəri ölüb, daha 10 dinc sakini yaralanıb.
Yaralılar arasında 6 həkim də var. \\Report