📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Doqquz yaşında qadın olmaq olar?” - VİDEO

2022-09-23 22:34:00

“Doqquz yaşında qadın olmaq olar?” - VİDEO

"Məsələn deyirlər ki, nənəm doqquz yaşında ərə gedib. Sənin nənən qələt edib, ənkə-böyüyünü də yanına alıb gedib ərə. Doqquz yaşında qadın olmaq olarmı?".

Bu sözləri aparıcı və aktyor Sərxan Kərəmoğlu ekspert qismində iştirak etdiyi "Ümid ilə gəl" ictimai-sosial verilişdə deyib.

Sənətçi proqramda qızların kiçik yaşda ərə gedib, uşaq dünyaya gətirmələrinə etiraz edib:

"İllər əvvələ nəzər salanda o xanımlarla indiki xanımlar arasında dağlar qədər fərq var. O vaxt onlar dağın başına qoyunu, quzunu, keçini əlinə alıb çıxırdı. İndiki qızların əlinə qoyunu, quzunu vermək olar? Biz alışmışıq el qınağı deyimini davamlı deməyə. Axı belə olmaz".

 
Bizim media