📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dörd Amerika təyyarəsi Rusiyanın hava məkanına daxil oldu

2021-10-20 16:26:00

Dörd Amerika təyyarəsi Rusiyanın hava məkanına daxil oldu

ABŞ-a məxsus dörd təyyarə Rusiyanın hava məkanına daxil olub.

Hurriyyet.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Məlumata əsasən, səmada Qara dəniz ərazisində Rusiya sərhədlərinə tərəf uçan Amerikanın iki “B-1B” qırıcı təyyarələri və iki ədəd “KC-135” tipli hərbi nəqliyyat təyyarəsi qeydə alınıb.

Bildirilir ki, Rusiyanın dövlət sərhədlərinin pozuntusuna yol verməmək üçün havaya iki ədəd “Su-30” qırıcı təyyarələri qaldırılıb və onlar sözügedən təyyarələri havada müşayiət edib. Amerika təyyarələri dönərək geri qayıtdıqda “Su-30” təyyarələri də bazaya geri dönüb.