📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dörd ölkə BMT TŞ üzvlərinin sayının artırılmasının lehinə çıxış ediblər

2023-03-03 12:59:00

Dörd ölkə BMT TŞ üzvlərinin sayının artırılmasının lehinə çıxış ediblər

Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın XİN nazirləri BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının genişləndirilməsinin lehinə çıxış ediblər. Bu barədə nazirlərin birgə bəyanatında deyilir.
Bəyanata görə, iştirakçılar BMT Təhlükəsizlik Şurasında islahatların aparılması üçün danışıqlar prosesində “aktiv və konstruktiv” iştirak etməyi öhdələrinə götürürlər.
BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, Təhlükəsizlik Şurasının üzvlüyünün genişləndirilməsi imkanları ciddi şəkildə nəzərdən keçirilir və “masa üzərindədir”. Onun sözlərinə görə, o, ABŞ və Rusiyadan bu cür təşəbbüslərə müsbət münasibət barədə siqnallar eşidib.
Xatırladaq ki, qardaş Türkiyə prezidenti R.T.Ərdoğan indi səsləndieilən bu məsələyə illər öncə toxunaraq "Dünya beşdən böyükdür" deyimi ilə durumu ifadə etmişdi. Prezident İlham Əliyev isə beynəlxalq tədbirdəki dünənki çıxışında BMT TŞ-nın artıq effektiv olmadığını qeyd etdi və TŞ-dakı yerlərdən birinin Qoşulmayanlar Hərəkatı üçün təsis edilməli olduğunu qeyd etmişdi. Belə görünür ki, uzun zamandır gündəmdə olan BMT TŞ-da islahatların zəruri olduğu ehtimalı özünü doğruldacaq.

Ülviyyə, Hurriyyet.az