Dördüncü doza peyvəndin vurulması... - Nazirdən açıqlama
2022-02-10 14:05:00
Hazırda Səhiyyə Nazirliyi tərəfindən COVİD-19 əleyhinə dördüncü doza peyvəndin vurulması tövsiyə edilməyib.
Hurriyyet.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bəzi ölkələr artıq koronavirus əleyhinə dördüncü dozanın tətbiqi qərarı verib:
“Lakin Azərbaycanda bu gün üçün belə bir qərar yoxdur. İnsanlar öz istəyi ilə bu dozanı qəbul edə bilərlər. Pandemiyanın gedişatı daim izlənilir. Nazirliyin tərkibindəki Elmi-Tibbi Şurada mütəxəssislər var. Onların iştirakı ilə mütəmadi iclaslar keçirilir, qabaqcıl ölkələrin təcrübəsi təhlil edilir və onlara əsasən ölkədə istənilən vaksinasiya rejimi tətbiq edilir”.