📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dostunun evində öldü

2026-11-18 13:34:57

Dostunun evində öldü

Bakıda evdən 58 yaşlı kişinin meyiti tapılıb.

Hurriyyet.net  xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.

Dünən saat 14 radələrində Cəlilabad rayon sakini 1968-ci il təvəllüdlü Zakir Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı qəsəbədəki evlərdən birinin hamam otağında aşkar edilib.

Evin onun dostu A.Məmmədova məxsus olması bildirilib.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.