Dostunun yerini göstərib, onun öldürülməsini xahiş etdi - Rusiya-Ukrayna savaşında film kimi olay (VİDEO)
2023-12-28 15:47:09
İki ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı maraqlı videolar gəlməyə davam edir.
Hurriyyet.az xəbər verir ki, bu barədə "Telegram" kanallarında növbəti video yayımlanıb.
Harada və nə vaxt çəkildiyi məlum olmayan görüntülərdə film kimi bir olay yaşanıb.
Sözügedən görüntülərdə rus əsgəri ölməmək üçün ukraynalı dron operatoruna dostunun yerini göstərir, əl hərəkətləri ilə onun sağ olduğunu bildirir. Görüntülərdən anlaşılır ki, o, birinci dostunun öldürülməsini xahiş edir. Dron zərbəsindən sonra rus hərbçinin döyüş yoldaşı həlak olur. Sonda həmin hərbçi öldürülməməsini xahiş edərək, ərazidən uzaqlaşmağa çalışır. Lakin ikinci və üçüncü zərbələrdən sonra o da həyatla vidalaşır.
Həmin görüntüləri təqdim edirik:
azpolitika.info