📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dövlət Agentliyinə üç qurum birləşdirilir

2026-02-20 17:32:31

Dövlət Agentliyinə üç qurum birləşdirilir

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan "Azərbaycan Metrologiya İnstitutu", "Azərbaycan Standartlaşdırma İnstitutu" və "Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxslərin birləşmə yolu ilə yenidən təşkil edilməsi nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərmanda öz əksini tapıb.

Fərmana əsasən, Azərbaycanda yeni büdcə təşkilatları yaradılıb.