📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dövlət Agentliyinin avtomobili aşdı: kəndlilər köməyə çatdı - FOTO

2024-01-17 21:22:33

Dövlət Agentliyinin avtomobili aşdı: kəndlilər köməyə çatdı - FOTO

Kürdəmirdə Dövlət Məşğulluq Agentliyinin xidməti avtomobili qəzaya düşüb.

Hadisə rayonun ucqar kəndi olan Çöl-Qubalı kəndində qeydə alınıb.

Belə ki, 77 YD 546 nömrə nişanlı "Mitsubishi" markalı avtomobilin sürücüsü kənd ərazisində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Avtomobildə olan sürücü və sərnişin kənd sakinlərinin köməyi ilə sudan çıxarılıb.

Hadisə zamanı avtomobilə ciddi ziyan dəyib.

Report.Az