📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dövlət başçısı Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanın şərtini Blinkenə açıqlayıb

2023-01-23 22:07:00

Dövlət başçısı Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanın şərtini Blinkenə açıqlayıb

Azərbaycan sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiqdir.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Prezident İlham Əliyev ölkəmizin sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir. \\Ölkə.Az