📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dövlət Baxçalının səhhəti ilə bağlı iddialar əsassızdır - MHP sözçüsü

2025-02-19 23:39:19

Dövlət Baxçalının səhhəti ilə bağlı iddialar əsassızdır - MHP sözçüsü

Milliyyətçi Hərəkat Partiyasının (MHP) Baş katibi İsmet Böyükataman, partiya sədri Dövlət Baxçalının səhhəti ilə bağlı yayılan iddialara cavab verib.

Böyükatamanın açıqlamasına görə, son günlər sosial mediada Baxçalının sağlamlıq vəziyyəti ilə bağlı məqsədli şəkildə spekulyasiyalar aparıldığı müşahidə olunur.

O, MHP sədrinin öncədən planlaşdırılmış uğurlu bir əməliyyat keçirdiyini və xəstəxanadan evə göndərildiyini bildirib.

"Şükürlər olsun ki, cənab sədrimizin səhhəti tamamilə yaxşıdır", – deyə Böyükataman əlavə edib. \\Redaktor.Az