📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dövlət çevrilişinə hazırlaşan dəstə saxlanıldı – Peskov: “Kreml diqqətlə izləyir”

2023-06-06 10:43:00

Dövlət çevrilişinə hazırlaşan dəstə saxlanıldı – Peskov: “Kreml diqqətlə izləyir”

Hurriyyet.az “Vestnik Kavkaza” nəşrinə istinadla xəbər verir ki, Qırğızıstanın xüsusi xidmət orqanları dövlət çevrilişinə hazırlıqda şübhəli bilinən 30 nəfəri həbs edib. Saxlanılanların əksəriyyəti Bişkekdə özəl sektorda fəaliyyət göstərirlər.

Bu barədə məlumatı respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti verib. Açıqlamada deyilir: “Dövlət hakimiyyəti ələ keçirmək məqsədi ilə kütləvi iğtişaşlar, itaətsizlik aksiyaları təşkil etməyi planlaşdırılan şəxslər saxlanılıblar”. Dövlət çevrilişi hazırlayan dəstəyə 100 nəfərə qədər şəxsin daxil olduğu, onlardan 30 nəfərinin saxlanıldığı və artıq etiraf ifadələri verdikləri bildirilir. Əməliyyatı silahlı asayiş keşikçiləri həyata keçiriblər.

Rusiya Prezidentinin mətbuat katii Dmitri Peskov Qırğızıstanda saxlanılanlarla bağlı informasiyanın narahatlıq doğurduğunu, Kremlin “xəbərləri diqqətlə izlədiyini” söyləyib.

Hürr Tərcüman