📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dövlət Duması qondarma respublikalarla sənədləri ratifikasiya etdi

2022-02-22 15:28:00

Dövlət Duması qondarma respublikalarla sənədləri ratifikasiya etdi

Rusiyanın Dövlət Duması bu gün keçirilən iclasda Rusiya Prezidenti Vladimir Putinin təqdim etdiyi qondarma Donetsk və Luqansk Xalq Respublikaları (DXR və LXR) ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələri yekdilliklə ratifikasiya edib.

Bundan əlavə rusiyalı deputatlar ratifikasiya haqqında qanunlara dəyişiklik ediblər, bu dəyişikliklərə əsasən müqavilələr dərc edildiyi andan qüvvəyə minəcək.

Sənədləri Rusiya Prezidenti Vladimir Putin və qondarma respublikaların rəhbərləri - Denis Puşilin və Leonid Paseçnik imzalayıblar.

Müqavilələr rus rublunun istifadəsi də daxil olmaqla iqtisadiyyat, sərhədlərin müdafiə və mühafizəsi, etnik azlıqların hüquqlarının müdafiəsi və s. sahələri əhatə edir.

oxu.az