Dövlət Dumasından ani qərar: qurum Rusiyanın Strateji Hücum Silahları Müqaviləsində (START-3) iştirakını dayandıran qanun layihəsini dəstəkləyib
Dövlət Duması Rusiyanın Strateji Hücum Silahları Müqaviləsində (START-3) iştirakını dayandıran qanun layihəsini dəstəkləyib. Belə ki, ABŞ ilə bu razılaşma iki ölkənin nüvə arsenalını məhdudlaşdıran sonuncu sənəd və Moskva ilə Vaşinqtonun əməkdaşlığı davam etdirdiyi nadir sahələrdən biri olaraq qaldı.
Ekspertlər xəbərdarlıq ediblər ki, Kremlin qərarı yeni silahlanma yarışını alovlandıra və nüvə silahından istifadə təhlükəsi yarada bilər.
Bu qərara cavab olaraq, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, hərbi alyans Rusiyanın Hücum Silahlarının Azaldılması Müqaviləsində (START-3) iştirakını dayandırmaq qərarından təəssüflənir.
Şimali Atlantika Alyansının rəhbəri Rusiyanın guya son illərdə silahlara nəzarət sahəsində bir sıra razılaşmaların pozulmasına yol verdiyinə diqqət çəkib. "Rusiya Federasiyasının prezidenti Vladimir Putinin START-3-ü dayandırmaq qərarı ilə hücum silahlarına dünya nəzarətinin bütün arxitekturası “məhv edildi”, deyə durumu şərh edən Stoltenberq qeyd edib ki, o, Rusiya Federasiyasına öz qərarına yenidən baxmağı “qətiyyətlə” tövsiyə edir.
Ülviyyə, Hurriyyet.az