📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dövlət Gömrük Komitəsi sədrinə müavin təyin olundu

2022-12-28 12:55:00

Dövlət Gömrük Komitəsi sədrinə müavin təyin olundu

Dövlət Gömrük Komitəsi sədrinə müavin təyin edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Natiq Telman oğlu Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub.

Qeyd edək ki, Natiq Şirinov daha əvvəl gömrük orqanlarında çalışmayıb. O, bu təyinata qədər Dövlət Vergi Xidmətində vəzifə tutub. Xidmətin Vergi risklərinin təhlili və nəzarəti departamentinin rəisi olub. (qafqazinfo)