📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dövlət idarəsi satışa çıxarılır - 115 min manat qiymət qoyuldu

2024-10-19 15:54:57

Dövlət idarəsi satışa çıxarılır - 115 min manat qiymət qoyuldu

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daha bir kiçik dövlət müəssisəsini hərraca çıxaracaq.

Hurriyyet.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac 18 noyabr 2024-cü il tarixində təşkil olunacaq.

Məlumata görə, hərraca çıxarılacaq obyekt Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsidir.

Sözügedən obyektin ilkin satış qiyməti 115122 manat, 10% behin həcmi isə 11512 manat müəyyənləşib./qaynarinfo.az/