📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dövlət Komissiyası: Xocalıda 7 itkin mülki şəxsə aid meyit qalıqları tapılıb

2025-05-01 12:17:48

Dövlət Komissiyası: Xocalıda 7 itkin mülki şəxsə aid meyit qalıqları tapılıb

Əsgəran - Xocalı yolunda 7 itkin mülki şəxsə aid meyit qalıqları tapılıb.

Hurriyyet.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb:

"Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa - Laçın yolunun birləşməsində aşkar edilmişdi. Bu qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb. Əsgəran- Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar".

Report.az