📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dövlət qurumunun avtobusu qəzaya uğradı

2025-05-15 21:06:47

Dövlət qurumunun avtobusu qəzaya uğradı

Yevlaxda Şamaxı rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu qəzaya uğrayıb.
"Hurriyyet" “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə Yevlax rayon Nemətabat kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Ramin Qarayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu ilə hərəkətdə olarkən 1974-cü il təvəllüdlü Söhrab Süleymanovun idarə etdiyi “Niva” markalı minik maşını ilə toqquşub.
Nəticədə “Niva” markalı avtomobildə olan sürücünün 1977-ci il təvəllüdlü həyat yoldaşı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.