Dövlət rüsumu ödəyənlərin diqqətinə - Milyonlarla manat...
2026-cı ilin yanvar-sentyabr aylarında dövlət rüsumlarının hesablanması, ödənilməsi və büdcəyə daxilolmalarına nəzarət proseslərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində “e-rüsum” altsistemi üzrə mühüm göstəricilər əldə olunub.
Hurriyyet.net xəbər verir ki, hesabat dövrünün nəticələrinə əsasən, “e-rüsum” informasiya sistemi üzrə 125 245 elektron bildiriş və 115 370 elektron qəbz formalaşdırılıb. Sistem üzərindən ödənilmiş dövlət rüsumlarının ümumi məbləği 52,662 milyon manat təşkil edib.
Qeyd edək ki, “e-rüsum” Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) altsistemlərindən biridir. Bu altsistem “e-bildiriş”lərin təqdim edilməsini, hesablanmış dövlət rüsumları haqqında məlumatların real vaxt rejimində əldə olunmasını, artıq və ya düzgün tutulmamış rüsumlarla bağlı müraciətlərin elektron qaydada idarə edilməsini, həmçinin rüsumların büdcəyə köçürülməsinə elektron nəzarət və uçotun aparılmasını təmin edir.