📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dövlət və özəl uşaq müəssisələri ilə bağlı - Fərman

2024-12-24 17:47:01

Dövlət və özəl uşaq müəssisələri ilə bağlı - Fərman

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər müəyyənləşdiriləcək.

Hurriyyet.az xəbər verir ki, bu Prezident İlham Əliyevin “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməlidir.