📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dövlət Xidməti "Azərbaycan Dəmir Yolları” barədə iş qaldırdı

2022-03-10 15:38:00

Dövlət Xidməti

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dəmir yolu vasitəsilə xidmətlərin göstərilməsi sahəsində antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırmalar aparılıb.

Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Araşdırmalar nəticəsində vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən “Azərbaycan Dəmir Yolları” QSC barədə iş qaldırılıb.

pravda.az