📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DÖVLƏT XİDMƏTİNƏ YENİ RƏİS MÜAVİNİ TƏYİN EDİLDİ - Əməşov kimdir? + DOSYE (Yenilənib)

2026-04-09 16:38:05

DÖVLƏT XİDMƏTİNƏ YENİ RƏİS MÜAVİNİ TƏYİN EDİLDİ - Əməşov kimdir? + DOSYE (Yenilənib)

Yaşar Əməşov Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsindən azad olunub.

Yaşar Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini təyin edilib.

Qeyd edək ki, 50 yaşlı Y.Əməşov 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində, 2004-2008-ci illərdə Beynəlxalq hüquq fakültəsində təhsil alıb.

1997-1998-ci illərdə Cəlilabadda orta məktəbdə müəllim işləyib. 1998-2000-ci illərdə Silahlı Qüvvələrin sıralarında zabit kimi həqiqi hərbi xidmət keçib. 

2000-2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının məsləhətçisi, 2004-2006-cı illərdə böyük məsləhətçisi, 2006-2007-ci illərdə baş məsləhətçisi, 2007-2008-ci illərdə sektor müdiri, 2008-2018-ci illərdə şöbə müdirinin müavini vəzifələrində işləyib.

2018-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin, daha sonra İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin baş məsləhətçisi olub.

2019-2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Milli Məclislə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb.

3-cü dərəcə dövlət müşaviridir.