📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DÖVLƏT XİDMƏTİNİN ÜÇ RAYON ŞÖBƏSİNDƏ ƏMƏLİYYAT KEÇİRİLİB - Saxlanılan var (Yeniləndi)

2023-07-04 16:14:00

DÖVLƏT XİDMƏTİNİN ÜÇ RAYON ŞÖBƏSİNDƏ ƏMƏLİYYAT KEÇİRİLİB - Saxlanılan var (Yeniləndi)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha iki rayon şöbəsində əməliyyat keçirilib.

Hurriyyet.az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən Cəlilabad və Laçın rayon şöbələrində əməliyyat tədbiri keçirib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən APA-ya fakt təsdiq edilib. Bildirilib ki, ətraflı məlumat veriləcək.

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirib.

Məlumata görə, əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev də saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidməti "Report"un sorğusuna cavab olaraq fakt təsdiqləyib.

"Ətraflı məlumat veriləcək", - qurumdan bildirilib.

APA