📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir" - İlham Əliyev

2026-02-11 17:42:53

Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən.

"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.

Dövlətimizin başçısı deyib ki, hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir.