📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dövlət Yanğın Nəzarəti Xidmətinə yeni rəis təyin edildi

2025-01-18 11:33:50

Dövlət Yanğın Nəzarəti Xidmətinə yeni rəis təyin edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub.

Hurriyyet.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə daxili xidmət polkovniki Vaqif İbrahimov gətirilib.

Qeyd edək ki, bir müddət öncə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi general-mayor Aqşin Kazımov vəzifəsindən azad edilərək Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Fotoda: General-mayor Aqşin Kazımov