📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə 17 il həbs cəzası verildi

2022-11-22 19:48:00

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə 17 il həbs cəzası verildi

Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimova hökm oxunub və o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, S.Səlimov ötən ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. \\Report