📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Dövlətin borcudur ki, qazi intiharlarının səbəblərini araşdırsın" - ELXAN ŞAHİNOĞLU

2022-07-13 15:18:00

"Bunun üçün müvafiq komissiyanın yaradılması vacibdir və həmin komissiyanın yekun hesabatı mövcud problemlərin həlli üçün yol göstərə bilər"

"Qazilərin intihar sayları artırsa dövlətin borcudur ki, bunun səbəblərini araşdırsın. Qalib ölkənin qazilərini intihara hansı problem və ya problemlər sövq edir? Bu sual çoxlarını düşündürür". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq qeyd edib ki, hər intihar hadisəsi araşdırlıb yekun hesabat hazırlanmalıdır: "İntiharlar həm maliyyə, həm də müharibədən sonrakı psixoloji amlillərlə bağlı ola bilər. Səbəb nə olursa-olsun, bu araşdırılmalıdır. Fikrimcə, bunun üçün müvafiq komissiyanın yaradılması vacibdir. Komissiyanın yekun hesabatı mövcud problemlərin həlli üçün yol göstərə bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az