📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dövlətlərin hərbi gücü açıqlandı: Azərbaycanın yeri...

2021-11-10 00:01:00

Dövlətlərin hərbi gücü açıqlandı: Azərbaycanın yeri...

“Global Firepower” dövlətlərin hərbi gücünə görə yeni reytinqini açıqlayıb.

140 ölkənin yer aldığı reytinq hərbi güc, maliyələşmə, maddi-texniki imkanlar – ümumilikdə 50 fakt üzrə tərtib edilib.

İlk 5 yeri ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiya tutub.

Qardaş ölkələr Pakistan və Türkiyə ordusu 10 və 11-ci sıradadır. Ölkəmizin tərəfdaşı İsrail isə 20-ci yerdədir.

Ukrayna yeni reytinqdə irəliləyib və 25-ci pilləyə qalxıb.

Azərbaycan 63-cü sırada yer almaqla Cənubi Qafqaz arasında liderliyini davam etdirir.

Azərbaycanın qonşuları – İran 14-cü, Gürcüstan 92-ci yerdə qərarlaşıb. Düşmən Ermənistan isə 100-cüdür. \\Kanal