📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Döyüş təyyarələrimiz havaya qaldırıldı - Video

2023-08-25 12:37:56

Döyüş təyyarələrimiz havaya qaldırıldı - Video

Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində (HHQ) döyüş təyyarələri ilə təlim uçuşları həyata keçirilib.

Bu barədə Hurriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq, havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər icra olunub.

Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib./Axar.az/